Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “SOCAR–KBR” MMC şirkətinin nümayəndələri ilə tələbələrin görüşü keçirilib.
Unikal.org xəbər verir ki, şirkətin Baş direktorunun texniki məsələlər üzrə müavini Şamil Babanlı, İnsan resurları üzrə meneceri Səidə Qurbanova, İnsan resursları üzrə mütəxəssis Səbinə Ələkbərova, Mühəndis texnoloq (ADNSU məzunu) Aydan Kazımova müəssisənin fəaliyyəti, məzunların cəlb oluması, təcrübə və işə qəbul prosesi haqqında tələbələrə ətraflı məlumat veriblər.
Şirkətin texniki məsələlər üzrə direktor müavini Ş.Babanlı “SOCAR-KBR”in məqsədi, fəaliyyəti, şirkətin layihələri haqqında geniş təqdimatla çıxış edib. İnsan resursları üzrə mütəxəssis S.Ələkbərova məzun və tələbələr üçün təcrübə proqramı, həmçinin müraciət və işə qəbul qaydaları haqqında məlumat verib. Hazırda şirkətdə mühəndis texnoloq kimi çalışan ADNSU məzunu A.Kazımova təcrübə proqramına müraciət barədə şəxsi təcrübəsini bölüşüb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.