Millət vəkili,  Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov martın 13-də rayonun Gürcüva kəndində seçiciləri görüşüb. 

Unikal.org xəbər verir ki, Milli Məclisin deputatı Cavid Osmanov görüşdə əhatəli nitq söyləyərək ölkədə və rayonda görülən işlərdən söhbət açıb. Azərbaycanın dünyanın inkişaf etməkdə olan ölkələrindən birinə çevrildiyindən və beynəlxalq əhəmiyyətli layihələrin həm təşəbbüskarı, həm də icraçısı olduğunu vurğulayan Cavid Osmanov bütün bunların nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi ilə nəticələndiyini  qeyd etdi. Rayonda icra edilən layihələr nəticəsində Ağdaşın simasının gündən-günə yeniləndiyini görüş iştirakçılarının diqqətinə çatdırdı və bütün bunların ölkə başçısının Ağdaşa olan xüsusi diqqət və qayğısından irəli gəldiyini vurğuladı. Ağdaş rayonunda aqrar sahənin son illər daha da canlandığını və insanların əkin-biçin işlərinə marağının artamsını, eləcə də dövlətin kənd adamlarına, fermerlərə verdiyi güzəştlər də xüsusilə qeyd olundu.

Millət vəkili onu da qeyd etdi ki, son dövrlər ərzində Azərbaycana qarşı bəzi dairələrin qısqanclıq mövqeyi tutması və bunun da nəticəsində ölkəmizə qarşı qərəzli formada qarayaxma kampaniyalarının aparıldığını vurğuladı. Bu işdə radikal müxalifətin və anti-milli ünsürlərin alətə çevrilməsi isə təəssüf yaratdığından və belə şəxlərin məqamında lazimi cavablarının verilməsinin vacibliyindən söhbət açan Cavid Osmanov bildirdi ki, sosial şəbəkəlrdə Azərbaycan həqiqqətlərinə kölgə salmağa çalışan bu adamlar xalq tərəfindən onsuz da qəbul edilmir və sadəcə xalqımız belələrinə nifrət bəsləyirlər. 

Görüşdə çıxış edən kənd sakinləri – Məhəmməd Şirinzadə, Mirzə Hacıyev, Arif Əhmədov, Ramiz Yusifov, Nəriman Əhmədov və Dilarə Kərimova bildirdilər ki, Azərbaycan xalqı müdrik xalqdır. Ölkəmiz durmadan inkişaf edir, insanların sosial rifahı ildən-ilə daha da yaxşlaşır. Sabitliyin, ictimai asayişin və əmin-amanlığın bərqərar olduğu bir ölkədə yaşamağın özünün böyük bir xoşbəxtlik olduğunu qeyd edən görüş iştirakçıları vurğuladılar ki, bütün bunlar cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi düşünlmüş uğurlu siyasətin nəticəsidir. Ağı-qaradan seçən xalqımız daim ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx şəkildə birləşir. Ağdaşlılar da hər zaman bu siyasətə dəstəkdirlər və bundan sonra da dəstək olacaqlar. 

Sonda seçiciləri maraqlandıran suallara  millət vəkili Cavid Osmanov tərəfindən cavablar verildi, şəxsi müraciətləri ilə əlaqədar kənd sakinlərinin bir qrupu ilə fərdi, çay süfrəsi arxasında isə ağsaqqallarla səmimi söhbət edildi.