Ağdam rayon icra başçısı Vaqif Həsənovun Xəzər rayon icra başçısının müavini işlədiyi dövrdə rüşvət alması ilə bağlı “Youtube” sosial şəbəkəsində səs yazısı yayılıb.
Unikal.org xəbər verir ki, həmin səs yazısında başçı müavini işləyən Vaqif Həsənov vətəndaşa icra hakimiyyəti tərəfindən torpaq ayrılması və ev tikmək üçün icazənin verilməsi sənədi üçün əvəlcədən 5000 manat rüşvət alır. Səs yazısında vətəndaş “Mersedes” markalı avtomobilini sataraq hələlik pulun 5 min manatını gətirdiyini və yerdə qalanını isə bankdan krediti götürərək gətirib verəcəyini açıq şəkildə deyir. Başçı müavini Vaqif Həsənov isə rüşvət aldığı vətəndaşa narahat olmamağı və ömürlük sənəd verəcəyi vədini verir.
Qeyd edək ki, Vaqif Həsənov 2006-cı ildən 2011-ci ilə qədər Bakı şəhəri Qaradağ Rayon İcra hakimiyyəti başçısının müavini, 2013-cü ilə qədər Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-cü ildən 2018-ci ilə qədər isə birinci müavini vəzifələrində çalışıb. Prezident İlham Əliyevin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Vaqif Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ağdamın icra başçısının səs yazısı yayıldı - rüşvət alarkən (VİDEO)

19:32 13-03-2019
CƏMİYYƏT
Digər Xəbərlər
2025-02-21 10:25:54

2025-02-21 10:21:08

2025-02-21 10:13:00

2025-02-21 09:58:13

2025-02-21 09:31:00

2025-02-21 09:26:30

2025-02-21 08:46:01

2025-02-21 08:43:29

2025-02-21 08:39:33

2025-02-21 01:06:07

2025-02-21 01:02:31

2025-02-21 00:33:36

2025-02-21 00:12:40

2025-02-20 23:56:18

2025-02-20 23:47:40

2025-02-20 22:56:10

2025-02-20 22:46:48

2025-02-20 22:02:18

2025-02-20 20:39:57
