Azərbaycanda ana ölümü göstəricisi azalıb.
Unikal.org trend-ə istinadən xəbər verir ki, 2017-ci ildə ana ölümü əmsalı hər 100 min diri doğulana 14,6 olub. 2018-ci ildə isə bu göstərici 12,2-yə enib.
Körpə ölümünə gəlincə isə 2016-cı ildə respublikada bu göstəricisi 11,4 (1 yaşa qədər hər 1000 nəfər diri doğulana) promilli olub.
Məlumata görə, 2017-ci ildə körpə ölümü göstəricisi 11,1 promilliyə enib, 2018-ci ildə də bu göstərici dəyişməyərək eyni səviyyədə qalıb.