“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov da əfv olunanlar siyahısındadır.
Unikal.org xəbər verir ki, prezident İlham Əliyev BTR-in sabiq rəhbərini də əfv edib.
Qeyd edək ki, B. Hüseynov “Rabitə işi” üzrə həbs olunub. O, 7 il 6 aya qədər həbsə məhkum edilmişdi.
Xatırladaq ki, Beytulla Hüseynov keçmiş MTN naziri Eldar Mahmudovun yaxın qohumudur.