Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.
Unikal.org-un report-a istinadən məlumatına görə, cəzaçəkmə müəssisəsindən 49 nəfər azadlığa çıxıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini general-mayor Məhərrəm Qafarov bildirib ki, sərəncamın icrasına uyğun olaraq 6 saylı CM digər cəzaçəkmə müəssisələrinə nisbətən ən çox məhbusun əfv olunduğu müəssisədir.
Prezident İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam ümumilikdə 431 nəfərə şamil edilib.
Martın 17-si səhər saatlarından etibarən Prezidentin əfv sərəncamının icrasına başlanılıb. Sərəncama görə, artıq Gözəl Bayramlı və Şəmsiyyə Bəylərqızı da daxil olmaqla 23 qadın 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.