Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Unikal.org-un məlumatına görə, bu müssisədə 31 məhbusa buraxılış arayışları təqdim edilib.

Onların arasında NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov və jurnalistlər Fikrət Fəraməzoğlu ilə Nicat Əliyevin də adları var.

Qeyd edək ki, sərəncam, ümumilikdə, 431 nəfərə şamil edilib.