Azərbaycan Turizm və Menecment Universitetində 2018/2019-cu tədris ili üzrə qış imtahan sessiyasını uğurla başa vuran tələbələrlə keçirilən görüşdə ali təhsil müəssisəsinin fəaliyyətini şərtləndirən keyfiyyət göstəricilərinə nail olunmasından danışılıb. Qarşıdakı illərdə də yüksək təhsil nəticələrinin qazanılması istiqamətində planlaşdırılan vəzifələrə dair geniş fikir mübadiləsi aparılıb.
Unikal.org xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov universitetin “Turizm və qonaqpərvərlik” fakültəsinin əlaçı tələbələrinin,o cümlədən müvafiq struktur rəhbərlərinin diqqətinə çatdırıb ki,gələcək turizmçilər, daha doğrusu iştirakçı əlaçı tələbələr müəllim- valideyn qayğısını və onların təmənnasız zəhmətlərini layiqincə dəyərləndiriblər. Adıçəkilən fakültənin əlaçı tələbələri olublar.
ATMU rəhbərliyi hər bir tələbənin çalışqanlığı,həmçinin təhsil uğurlarını nəzərə alıb, onları təşəkkürnamə ilə mükafatlandırıb.