Ötən həftə işdən azad edilən Şəki Mərkəzi Rayon Xəstəxanasının tibb işçilərinin yeni görüntüləri yayılıb.
Unikal.org Baku.tv-yə istinadən xəbər verir ki, onlardan ikisinin “Tik-Tok” adlı proqramda xəstəxanada çəkilən videoları sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Qeyd edək ki, daha əvvəl onlar Afət Fərmanqızının ifa etdiyi mahnıya çəkdikləri videoya görə işdən azad olunublar.
Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Onlardan bəzisi bunu əyləncə xarakterli video qəbul etsə də, böyük əksəriyyəti tibb işçilərinə yaraşan addım olmadığını hesab edib.