Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi ilə görüşüb.
Unikal.org xəbər verir ki, görüşdə ADU-da Macar Mərkəzinin açılışı ilə bağlı müzakirələr aparılıb. Qeyd edilib ki, mərkəzin yaradılması macar dili və mədəniyyəti üzrə təhsil alan tələbələrin resurslarla təmin olunması və müəllimlərin fəaliyyətinə dəstək olmaq məqsədi daşıyır. Vurğulanıb ki, Macar Mərkəzinin yaradılması Macarıstan və Azərbaycan arasında münasibətlərin inkişafına töhfə verəcək. Bu mərkəzdə bir sıra tələbələr, müəllimlər, Macarıstandan gələn alimlərlə görüşlərin, digər tədbirlərin, dərslərin keçirilməsi nəzərdə tutulur.
ADU rektoru Kamal Abdulla bildirib ki, Macarıstan universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılması da əsas məqsədlərdən biri olmalıdır. Eyni zamanda Macarıstan unversitetlərindən birində Azərbaycan dilinin tədrisi lazımlı və əhəmiyyətlidir.
Rektorun təkliflərini müsbət qarşılayan səfir bu istiqamətdə lazım olan addımların atılacağını bildirib.