Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Dost xonçası" layihəsinə qoşulub. 

Unikal.org xəbər verir ki, nazirliyin alicənab aksiyası sayəsində universitetin nümayəndələri Azərbaycanı çox sevən, ömrünün 56 ilini dünyada ən mühüm peşə saydığı müəllimlik peşəsinə həsr etmiş 85 yaşlı Anna Fedorovna Sokolovanın Novruz bayramını təbrik edib. Doğulduğu və yetkinlik yaşlarınadək yaşadığı Altıağac torpağında Novruzu necə gözəl qarşıladıqları haqda xatirələrini bölüşən Anna Fedorovna vaxtilə Azİİ-nin tək Azərbaycan üçün deyil, bütövlükdə SSRİ sənayesi üçün kadrların hazırlanmasındakı rolundan danışıb.

ADNSU "Dost xonçası" layihəsində estafeti SOCAR AQŞ-yə ötürüb.