Mingəçevir şəhərində mübahisə etdikləri üçün saxlanılan gənclərin üzərində narkotik tərkibli həblər aşkarlanıb.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, martın 19-da Mingəçevir şəhərinin A.Məmmədov küçəsində xidmət aparan polis əməkdaşları ictimai asayişi pozan 2 nəfəri saxlayaraq şöbəyə gətiriblər.
Araşdırmalarla onların Mingəçevir sakini Ə.İsgəndərov və Göyçay rayon sakini R.Kərimov olduqları müəyyən edilib. Şəxsi axtarış zamanı R.Kərimovdan 20 ədəd tramadol, 6 ədəd lirika və 2 ədəd mamba həbləri aşkar edilərək götürülüb.
Araşdırma aparılır.