2019-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 306,9 milyon manatlıq xidmət göstərib ki, onun da 71,5 faizi əhali tərəfindən istehlak olunub.
Unikal.org-un məlumatına görə, 2018- ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,3 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 43,9 faizi və ya 134,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.