Abşeronda oğurluq faktının üstü açılıb.
Unikal.org xəbər verir ki, martın 17-nə keçən gecə Saray qəsəbəsindəki evlərin birindən 500 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Abşeron rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri M.Əlizadə və M.Cəfərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.