Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, məişət zəminində Sabirabad rayonunun Qalağayın kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Cavid Gülbala oğlu, həmkəndlisi, 1980-ci il təvəllüdlü Muradov Həsən Əsgərxan oğlunu bıçaqlayıb. 

Sonuncu qarının ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə Sabirabad rayon xəstəxanasına yerləşdirliərək əməliyyat olunub. Əməliyyatdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb araşdırma aparılır.