22 mart tarixində ATV-nin idman xəbərləri aparıcısı Vüsal Qurbanovun evinə oğru girib.
Unikal.org-un xəbərinə görə, bu barədə “ATV Xəbər”də məlumat verilib.
Bildirilir ki, oğrular Abşeron rayonunun Mehdiabad qəsəbəsində olan mənzildən 30 min manatlıq qızıl və 7 min manat dəyərində pul götürüb.
Abşeron RPİ-nin Mehdiabad polis bölməsindən verilən məlumata görə, artıq hadisə yerindən əl izləri götürülüb. Araşdırma davam edir.