Həcc ziyarətinin bahalaşma sirri
12:47 28-09-2012
İQTİSADİYYAT
Həcc ziyarətinin bahalaşma sirri
Allahşükür Paşazadəyə çox vacib sual
Hər il minlərlə azərbaycanlı müsəlman öz dini borcunu yerinə yetirir - müqəddəs Məkkəyə, Həccə gedir. Müqəddəs yerləri ziyarət hər bir müsəlmanın borcudur. Bir şərtlə ki, bu ağır səfərə halal yolla qazandığı pulla çıxsın.
Amma həccə getmək ildən-ilə bahalaşır, üstəlik, bunun üçün pul - özü də halal pul qazanmaq getdikcə daha da çətinləşir.
Ötən il azərbaycanlılar Həccə iki yolla - avtobus və ya təyyarə ilə gedirdilər. Amma terrorçuların azərbaycanlı zəvvarların avtobusuna hücumundan sonra Qafqaz Müsəlmanlar İdarəsi ziyarətə avtobusla getməyi qadağan etdi. İndi Məkkəyə yalnız təyyarə ilə gedib-gəlmək olar. Bu isə o deməkdir ki, ucuz başa gələn (2650 manat) bu nəqliyyat barədə unutmaq lazımdır.
Amma nəzərə alsaq ki, bu, turist səfəri deyil, Həccə təyyarə ilə getmək çox baha başa gəlir. Axı zəvvarlar Məkkəyə beşulduzlu otellərdə qalmaq, mavi hovuzlarda üzmək, restoranda əylənmək və turizm obyektlərini gəzmək üçün getmirlər. Üstəlik, müqəddəs yerləri ziyarət, islam qaydalarına görə, yemək, yaşamaq və istirahət məsələlərində nəfsi saxlamağı nəzərdə tutur.
Bundan başqa, zəvvarlar müqəddəs yerlərə gedərkən çadırlarda yaşayırlar. Bu da Həccin qiymətini maddi tərəfdən xeyli ucuzlaşdırır.
Onu da nəzərə almaq lazımdır ki, təyyarə ilə Bakıdan Məkkəyə yol uzun deyil. İranı keçib Səudiyyə Ərəbistanında enirsən. Bu, Kazandan, Moskvadan və ya Almatıdan Məkkəyə olan məsafədən xeyli qısadır.
Bu şəhərlərə qayıdacağıq, amma hələlik onu deyək ki, Həccin azərbaycanlılar üçün niyə çox baha olmasının səbəbini öyrənmək üçün mən az qala Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) telefon xətlərini “dağıtdım”, amma “din məmurlarıyla” söhbətimiz salamlaşmadan və hal-əhval tutmadan o yana getmədi. Sualımı verən kimi QMİ işçiləri həmin dəqiqə məni başqa nömrəyə caladılar. Və ötür-ötür başladı.
Əlbəttə, mən etiraf eşitməyə ümid etmirdim ki, özəl turist şirkətlərinə Məkkəyə turları qadağan etməklə və bununla da bu sahədə monopolistə çevrilməklə, idarə, daha doğrusu, ona tabe olan şirkət qiyməti ağlı istədiyi kimi dəyişə bilər. Amma onlar suallara ümumiyyətlə cavab vermədilər.
Yeganə tapa bildiyim cavab QMİ beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun “1news.az” saytına açıqlaması oldu. Son zamanlar Həcc ziyarətinə gedənlərin şikayətlərinin çoxaldığından danışan QMİ təmsilçisi deyib ki, zəvvar axını çoxaldğından, hamının arzusunu yerinə yetirmək mümkün deyil: “Həcc turist səfəri deyil, çətinliklərlə dolu ziyarətdir. Həcc əziyyət tələb edir, amma heç də hamı buna qatlaşa bilmir. Məsələn, müəyyən məsafəni zəvvarlar piyada getməli olurlar, Ərəfat dağına qalxmaq lazım gəlir, başqa çətinliklər də var. Buna görə də biz çətinliklər barədə əvvəlcədən insanları xəbərdar edirik.
M.Payızovun sözlərinə görə, bu il Azərbaycan üçün ayrılmış kvotaya əsasən, 2000-2200 nəfər - istisnasız olaraq - təyyarə ilə - həccə gedə biləcək. Həcc üçün göndərişin qiyməti mehmanxanadan asılı olaraq 3090-3850 manat arasında dəyişir. Qiymət artımını Payızov Səudiyyə Ərəbistanında otel xidmətlərinin bahalaşması ilə izah edib.
O zaman mən azərbaycanlılar üçün Həcc qiymətlərinin əsaslandırılmamış bahalığının səbəbləri barədə həqiqət axtarışında müqayisəli metoda əl atdım. Məlum olduğu kimi, həccə bizim Rusiyadan, Qazaxıstandan və digər postsovet ölkələrindən olan müsəlman qardaşlarımız da gedir və bu ölkələr Azərbaycanla müqayisədə Səudiyyə Ərəbistanından çox uzaqda yerləşir.
Deməli, bərabər şərtlərdə (ziyarət ayinləri, oteldə qalma və qidalanma) bizdə nəqliyyat xərcləri daha az olmalıdır.
İnternetdə asanlıqla Rusiya və Qazaxıstandakı turist şirkətlərinin qiymətlərini tapmaq olar. Bu, müstəqil, özəl şirkətlərdir, bizdə olduğu kimi, biznes strukturları deyil.
Məsələn, Rusiyanın “Nəcm-tur” şirkəti zəvvarlara Məkkəyə Kazan və Moskvadan gedib-gəlmək üçün aviauşuçlar təklif edir. Hər iki halda qiymətlər eynidir, yalnız klass fərqləri var: “super-ekonom” - 3 min ABŞ dolları, “standart” - 4 min, “standart + yemək” - 5 min dollar.
Qazaxıstanın “Yassauda” turizm şirkətində qiymətlər yüksəkdir. “Ekonom” - 2800 dollar (oteldə 5-7 nəfər üçün nömrə, qidasız), “ekonom N2” - 3400 dollar (4-6 nəfər üçün otaq, qida ilə), “standart” paket - 3900 dollar.
Qazaxlar Həccə uçuş qiyməti baha olmayan “Turk Hava Yollari” reysləri ilə uçacaqlar.
Xatırladaq ki, bizim Müqəddəs Payızov həcc qiymətlərinin 3090-3850 manat arasında dəyişdiyini deyib. Məqalə yazılarkəın 1 dolların kusru 0,87 manat idi.
Hesablayarkən, adamın təəccübdən ağzı açıq qalır. Azərbaycanda zəvvarlar Həcc üçün ... 3961-4936 dollar ödəyirlər! Yəni, ən kütləvi - ucuz səfərlər 3961 dollardan başlayır, halbuki Qazaxıstanda 2800, Rusiyada isə təxminən 3 min dollara göndrəiş almaq olar. Şərhə ehtiyac yoxdur.
Biznesdə monopoliya və şəffaflığın olmaması, eyni zamanda dözməyə və tələb olunan məbləği verməyə hazır olan azərbaycanlıların tam infantilliyi öz işini gördü. Allahşükür Paşazadənin rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsi, gənclərin dediyi kimi, azərbaycanlıların müqəddəs hisslərindən qazanır və çətin ki, bunu halallıq adlandırmaq olsun.
Kənan Əli
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35