Adı şagirdlərə qarşı əxlaqsız hərəkətlər etməkdə hallandırılan Qubadlı rayonu Xanlıq kəndi Kərəm Mirzəyev adına 1 saylı tam orta məktəbin direktor müavini Akif Səmədov ölkə.az-a danışıb.

Unikal.org xəbər verir ki, direktor müavini bildirib ki, haqqında yazılanlar həqiqəti əks etdirmir:

"Yazılır ki, guya mən xəstəxanaya düşmüşəm. Belə bir şey olmayıb. O məsələ səkkizinci sinif şagirdiylə baş verib. Qiyməti aşağı olduğundan acıqlandım, sonra da valideyni Ruslan Vəliyevə məlumat verdim. O isə gəlib məktəbdə səs-küy saldı. Sonradan işi Binəqədi rayonu 6-cı polis bölməsi araşdırdı, valideyn əsəbləşdiyini deyərək, üzrxahlıq etdi. Mən də işimin başındayam".

Xatırladaq ki, mətbuatda gedən xəbərlərdə Akif Səmədovun sözügedən məktəbdə yuxarı siniflərin qızlarına qarşı əxlaqsız hərəkətlər etdiyi qeyd edilirdi.