"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Dubay reysini həyata keçirən "Airbus A320" sərnişin təyyarəsi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca aeroportuna məcburi eniş edib.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Qeyd olunub ki, yerli vaxtla saat 09:00-da Bakıdan havaya qalxan təyyarə saat 11:55-də Dubay aeroportuna eniş etməli idi. Lakin mühüm dövlət tədbirinin keçirilməsi ilə əlaqədar olaraq, Dubay aeroportu reyslərin qəbulu üçün bağlanıb. AZAL-ın təyyarəsi havada bir neçə dairə vurduqdan sonra Şarca limanına enməyə icazə alıb.
Yaxın dəqiqələrdə sərnişinlərin avtobusla Dubaya yola salınacağı deyilir.
Qeyd edək ki, Şarca hava limanı Dubaydan 15 km məsafədə yerləşir.