Xəbər verdiyimiz kimi, iyun 6-dan 12-dək Türkiyə Respublikasında Çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir.
Müdafiə Nazirliyindən unikal.org-a verilən xəbərə görə, təlimdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri ilə yanaşı Türkiyə, Bolqarıstan və Gürcüstan hərbçiləri də iştirak edir.
Azərbaycan, Türkiyə, Bolqarıstan və Gürcüstan Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə keçirilən çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimindən fotolar təqdim edirik.