Hacıqabul şəhərində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, Hacıqabul şəhər sakini, 1999-cu il təvəllüdlü Əsədov Fərhad Azər oğlu mübahisə zəmnində keçmiş qaynatası tərəfindən bıçaqlanıb. 

Bud nahiyyəsindən iki bıçaq yarası alan F. Əsədov Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.