Sahil qəsəbəsində yaşayan Cəmaləddin Əliyevi qətlə yetirmiş Maştağa qəsəbə sakini Elçin Qənbərov könüllü olaraq təslim olub.
Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyunun 11-də Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Cəmaləddin Əliyevin evində qohumu, Maştağa qəsəbə sakini Elçin Qənbərov münaqişə zəminində ona odlu silahdan atəş açaraq xəsarət yetirib.
C.Əliyev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. E.Qənbərov könüllü olaraq Sabunçu RPİ 14-cü PB-yə gələrək təslim olub və kustar üsulla hazırlanmış tapançanı təhvil verib.