ABŞ-ın Michigan əyalətində Stan Larkin adlı 25 yaşlı oğlan 555 gün bədənində ürək olmadan yaşayıb.
Unikal.org CNN-ə istinadən xəbər verir ki, 2014-cü ildə əməliyyat vasitəsi ilə gəncin ürəyi götürülüb və onun yerinə cihaz yerləşdirilib. Larkin ürəyini əvəz edən cihazla tam 555 gün yaşayıb. Oğlanın bədən üzvlərinə uyğun gələn ürək tapıldıqdan sonra o əməliyyat olunub və sağlamlığına qovuşub.