06 aprel 2019-cu il tarixində Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında ağacəkmə aksiyası keçirilib. 

Unikal.org xəbər verir ki, aksiyada Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının əməkdaşları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi iştirak edib.

“Bu yaz özün bir təbiət yarat!” devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil olunan aksiya zamanı 2 hektar ərazidə 1500 badam ağacı əkilib.  Qeyd edək ki, ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC  və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağacəkmə aksiyalarına qoşulmağa çağırır.

Qeyd edək ki, aksiyada Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xələfov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyevdə iştirak ediblər.