Gədəbəy rayonunda 21 yaşlı gənc bıçaqlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Arıqıran kəndində qeydə alınıb. 

Həmin kəndin sakini, 1998-ci il təvəllüdlü Nicad Vidadi oğlu Kazımov  döş qəfəsindən və bud nahiyəsinindən bıçaqlanıb. O, ağır vəziyyətdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Onun mübahisə zəminində tanışı tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.