İstanbulda fransalı Espinossa Stephani adlı turist panamalı əri ilə bir taksi sürücüsü tərəfindən qaçırılıb. 
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fatih Alemdar küçəsində baş verən hadisə zamanı taksi sürücüsü ər-arvad olan iki turisti qaçırıb. Belə ki, onlar gəzintidən otelə qayıdarkən taksiyə minib. Bir müddət sonra turistlər başqa istiqamətə getdiklərini biliblər. Gənc qadının əri Christop Stephani taksi sürücüsündən otelə getməyi tələb etdikdə isə o maşını saxlayıb. Christop maşından düşərkən sürücü onun xanımını qaçırıb və kimsəsiz bir obyektə salıb. 4 saat həmin yerdə qalan qadın güclə qaçmağı bacarıb və həyat yoldaşına zəng edərək onun yanına gedib.
Polisə daxil olan şikayət üzrə qadını qaçıran taksi sürücüsü tutularaq istintaqa təhvil verilib.