Təxminən bir saatdan sonra Fransanın Marsel şəhərində İngiltərə və Rusiya yığma komandaları arasında futbol üzrə Avropa çempionatının oyunu başlamalıdır.
Unikal.org xəbər verir ki, Rusiya mənbələrinin bildirdiklıərinə əsasən, iki komandanın azarkeşləri arasında qalmaqal yaşanıb.
Fransa mətbuatı iddia edir ki, rus azarkeşlərin masa ilə başından vurduğu ingiltərəli azarkeş vəfat edib. Bu, Avropa Çempionatında ilk ölüm kimi yadda qalıb.
Qeyd edək ki, bundan öncə də İngiltərə millisinin azarkeşləri qalmaqala səbəb olmuşdu. Adadan gələnlər Marsel əhalisi ilə əlbəyaxa olmuşdu.