Fransanın Marsel şəhərində AVRO-2016 çərçivəsində bu gün keçiriləcək İngiltərə-Rusiya matçı öncəsi futbol azarkeşləri arasında yenidən toqquşmalar baş verib.
Unikal.org xarici KİV-ə istinadən verdiyi xəbərə görə, polis azarkeşlərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Futbol fanatları isə asayiş keşikçilərinə şüşə qablar və digər əşyalar atıb.
Məlumata görə, qarşıdurmada İngiltərə və Rusiya azarkeşləri, habelə yerli sakinlər iştirak edib.
Qarşıdurma zamanı 5 nəfər xəsarət alıb, 6 nəfər saxlanılıb.
Xatrıladaq ki, bundan əvvəl baş verən qarşıdurmada xəsarət alan ingiltərəli azarkeşin ölüb