Çağdaş Azərbaycanın psixoloji mənzərəsi
13:04 28-09-2012
CƏMİYYƏT
Çağdaş Azərbaycanın psixoloji mənzərəsi
Əhməd Qəşəmoğlu: “Mənəvi amilə diqqətin azalması hesabına ölkədə ciddi gərginlik yaranmaqdadır”
Ölkənin psixoloji durumu olduqca az şəkildə araşdırılmış bir mövzudur. Bunu səbəbləri barədə danışan fəlsəfə elmləri doktoru Əhməd Qəşəmoğlu hesab edir ki, “İndiki vaxtda Azərbaycanda psixoloji mənzərə heç vaxt olmadığı qədər çoxşaxəli və gərgindir. Dünyada, ölkəmizdə gedən qlobal proseslər, beynəlxalq aləmə inteqrasiya, bu proseslər zamanı ortaya çıxan lokal xüsusiyyətlər, idarəetmə metodlarının təsiri, milli xarakterdən doğan cəhətlər və . s. əhalinin psixologiyasında öz əksini tapmışdır.
Nəticədə, müxtəlif sosial- psixoloji təbəqələrdə özünə məxsus bir vəziyyət yaranmışdır. Əhalinin müxtəlif təbəqələri müxtəlif dəyərlərin təsiri altında müəyyən psixoloji vəziyyətə köklənmişdir. Ölkədəki indiki psixoloji mənzərəni qəti olaraq 50, 40, 20 il bundan qabaqkı mənzərə ilə müqayisə etmək olmaz. Ötən əsrin 20 ci illərinə qədər ölkə əhalisinin psixoloji vəziyyətinin formalaşmasına daha çox islam ideologiyası, ondan sonra isə əsasən sovet ideologiyası təsir edirdi və mextəlif sosial təbəqələrin psixoloji vəziyyətində bir yaxınlıq vardı. İndi isə, mənzərə tam başqadır. Bir tərəfdən islami dəyərlər bir yöndə təsir edir. Həm də müxtəlif formalarda təsir edir. Burada təriqətlərin, dini maariflənmə dərəcəsinin, cəhalətin müxtəlif təsir formaları var. Avropa dəyərlərinə aludəlik bir başqa cür təsir dairəsinə malikdir. Burada da şüurlu munsaibətlə cəhalət bir-birinə qarışır. Ölkədəki idarəetmə formaları, əhalinin təhsil səviyyəsi, mənəvi zənginlik dərəcəsi müxtəlif psixoloji vəziyyət yaradır. Ümumi halda indi gərginliyin çoxşaxəli olaraq artığını demək olar. Amma bütün bu çoxşaxəliliyin yekunu müəyyən bir şəkildə təzahür edir. Ümumi müşahidə olunan cəhətlər əhali arasında bir qədər çaşqınlığın, ehtiyatlılığın, maddi deyerlərə üstünlük vermənin, güc, imkan nümayişi meylinin artığını göstərir. Mənəvi amilə diqqətin azalması hesabına ciddi gərginlik yaranmaqdadır. Ona gorə də ailələrdə, cəmiyyətdə, xüsusi ilə uşaq və gənclər arasında gərginlik, cinayət halları artmışdır. Min illərdir kiç bütün müdrik insanlar, dini sistemlər deyir ki, cəmiyyətdə maddiyyat mənəviyyata xidmət edəndə ahəng yaranır, əksinə olanda isə gərginlik artır. İndi maddiyyat mənəviyyatı üstələdiyindən cəmiyyətdə gəginlik artmaqda, psixoloji vəziyyətdə ciddi problemlər yaranmaqdadır”.
Onun dediyinə görə, “Bizim xalq nə Don Kixod modelinə uyğundur, nə də Sanço Panso. Burada tamamilə ayrı bir model var. Don Kixot obrazı sevgilisi – yəni arzuları yolunda istənilən fantastik addımıar atan, yeri gəldi gəlmədi döyüşə atılan, mübarizə aparan zümrənin modeli ola bilər. Sanço Panso isə, belə bir mübarizə sədaqətlə qulluq edənlərin. Bizdə otən onilliklərdə Don Kixot obrazına uyğun müəyyən bir təbəqə vardı. İndi yoxdur. Elə Sanço Pansolar da müəyyən qədər vardı. İndi onlar da yox dərəcəsindədir. Ən əvvəl “dəlilik” anlayışını dəqiqləşdirmək lazımdır. Bizim tariximizdə “dəli” anlayışının müxtəlif mənaları var. Koroğlu dəliləri, dəli-dolu adam və s. Amma hər halda, biz dəli dedikdə, çərçivələrə sığmayan, ümumi davranış normalaraına tabe olmayan, qəfil qərarlar qəbul edən adamları nəzərdə tuturuq. Bu mənada təbii ki, ölkə əhalisi bir rejimdən başqa bir rejimə keçəndə, xaos yarananada, uzun illərin dəyərləri dağılma təsirinə məruz qalanda əhali arasında şərti desək, dəlilik halları çoxalır. Bu fransa inqilabları zamanı Fransada da, mədəni inqilab dövrü Çində də, elə bu SSRİ nin dağılması dövrü bütün köhnə SSRİ respublikalarında da müşahidə olundu. Ölkədə stabilləmə getdikcə həmin dəlilik səngiyir, azalır. Təəsüf ki, bizim ölkəmizdə sizin deiyiniz dəlilik dövrü davam etməkdədəir. Bir tərəfdən yaşlı nəsl və əhalinin milli dəyərlərə üstünlük verənlər, dindar təbəqə daha çox milli, dini dəyərlərə söykənən davranış formasına can atır. Gənclərin bir çoxu, qərb meylli təbəqə isə ənənvi yaşam tərzinin üstən tezliklə xətt çəkilməsinə çalışır. Hər iki təbəqə əslində müəyyən dəlilik vəziyyətindədəir. Yalnız bizim öz milli ideologiyamızın konkretləşməsi, dini plotformamızın yaradılması, mənəvi islahatlarla bağlı Layihələrimizin həyata keçirilməsi bu ajiotalın qabağını ala bilər”.
Savalan
Digər Xəbərlər
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52