Amerika Birləşmiş Ştatlarında (ABŞ) bir fermer maraqlı tapıntıyla qarşılaşıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, fermer soya lobyası tarlasını əkərkən qədim dövrə aid nəhəng mamont buynuzu tapıb.
Mamontun buynuzunun nəhəng olması onu çox təəccübləndirib. Fermer buna görə Miçiqan Universitetinə müraciət edib. Universitetin paleontoloqları əkin sahəsinə gələrək buynuzu tədqiq etməyə başlayıblar, sonra isə onu özləri ilə aparıblar.
İndi ABŞ-da çoxları yeni tapıntıdan, xüsusən bu ölçüdə mamontdan danışır.