Amerika mütəxəssisləri sübut ediblər ki, dişlərinə yaxşı qulluq edən insanlarda baş və boyun şişləri ağız boşluğunun sağlamlığına fikir verməyən insanlarla müqayisədə daha gec-gec inkişaf edir.
Reuters informasiya agentliyi xəbər verir ki, alimlər 20 mindən artıq iştirakçısı olan 13 araşdırmanı analiz ediblər. Araşdırma göstərib ki, gündə 2 dəfə dişlərini təmizləyən, ildə 1 dəfə stomatoloqun profilaktik müayinəsindən keçən, damaq xəstəlikləri olmayan insanlarda belə şişlərin inkişafı riski xeyli azdır.
Beləliklə, bu sadə qaydalara əməl etməklə siz özünüzü baş və boyun şişlərinin inkişafından qoruya bilərsiniz.