Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığı davam edir.

Penitensiar Xidmətindən Unikal.org-a verilən məlumata görə, xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən həbs edilmiş Abbasov Heybət Həsən oğlunun əvvəllər yaşadığı Bakı şəhəri Binəqədi qəsəbəsi ərazisində yerləşən evə baxış keçirilən zaman zirzəmidə gizlətdiyi bir ədəd odlu silah - “IJ” markalı, 16 kalibrlı tüfəng və beş ədəd patron aşkar edilərək götürülüb.

Fakt üzrə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis şöbəsi tərəfindən araşdırma aparılır.