Dağlıq Qarabağ probleminin həlli dalana dirənib
13:06 28-09-2012
CƏMİYYƏT
Dağlıq Qarabağ probleminin həlli dalana dirənib
Avropalı deputat: “ATƏT-in Minsk Qrupu Qarabağ məsələsinin həlli üçün daha çox işlər görməlidir”
Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ münaqişəsinin həllini ATƏT-dən BMT-yə keçirmək lazımdır”
Azərbaycanın dövlət başçısı İlham Əliyevin Ramil Səfərovla bağlı qətiyyətli addımı Ermənistanda və Qərb dünyasında şok effekti yaratdı.
Bu effektin tıəfsilatı barədə mətbuatda çox yazılıb. Bu günki diqqətimiz isə Ramil Səfərov məsələsindən sonra Dağlıq Qarabağ probleminin həlli istiqamətində gedən proseslərdə çökən sükut barədə olacaq.
Uzun müddətdir ki, həm Azərbaycanda, həm də Ermənistanda ATƏT-in Minsk Qrupunuin həmsədrlərinin Baklıya və İrəvana gəlişləri artıq ənənəvi və getdikcə mənasızlaşan bir mərasim xarakteri alıb. Necvə deyərlər, həmsədrlər Bakı və İrəvanı su yoluna çeviriblər.
Bununla belə, Qərb diplomatları bu qurupu Azərbaycanın boğazına sırımaqdan əl çəkmirlər.
MQ-nun fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi Ruiyanı tamamilə qane edir. Rusiyanın bizlərə yönəlik belə bir siyasi xətti var: Dağlıq Qarabağ probleminin mövcudluğu müddətində həmişə cəmiyyətə mesaj verməyə çalışır ki, "Biz bu problemin həlli ilə məşğuluq!" Rusiya özünün "arxa həyəti" hesab etdiyi Cənubi Qafqaza kənardan müdaxilə etmək cəhdlərini xoşlamır, onunla razılaşdırılmamış addımlara badalaq atmağa çalışır və cəbhə xəttindəki zaman-zaman müşahidə edilən gərgibnliklər həmişə onun diqtəsi ilə baş verib. Yəni Rusiya Birləşmiş Ştatlara anlatmaq istəyir ki, "Cənubi Qafqaz mənim patronajlığıma daxildir və bu ərazinin problemlərinə görə mən cavabdehəm. Ərazimə girmə".
Avropalılara gəlincə isə...
Həmsədr ölkələrədən biri də Fransadır. Fransanın isə həm Azərbaycana, həm də Türkiyəyə münasibəti bəllidir. Politoloqlarımız bəzən səhvən Fransanın Ermənistanı açıqca dəstəkləməsini xristian təəssübkeşliyi ilə izsah edirlər. Rusiya və Birləşmiş Ştatların ardınca Fransa da Cənubin Qafqazda öz maraqlarını gerçəkləşdirməyə çalışır və bu prosesdə onun tərəfdaşı rolunda Ermənistan çıxış edir.
Azərbaycan Türkiyənin yaxın tərəfdaşı olduğu kimi...
Gürcüstan da Birləşmiş Ştatların bu bölgədə yaxın tərəfdaşı olduğu kimi...
Dünən Avropa Parlamentinin üzvü İvo Vayql Bakıda keçirilən “Körpülərin salınması” adlı beynəlxalq konfransda İvo Vayql deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Parlamenti və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və onun mövqeyini dəstəkləyir.
“Lakin biz Azərbaycanın səsləndirdiyi narazılıqlara və beynəlxalq təşkilatlara edilən tənqidlərə qoşuluq. Düşünürük ki, ATƏT-in Minsk Qrupu məsələnin həlli ilə bağlı daha çox işlər görməlidir”.
Sloveniyanın keçmiş xarici işlər naziri qeyd edib ki, Azərbaycan münaqişənin həlli ilə bağlı Avropa Parlamentindən də daha çox səylər gözləyir və AP buna qarşılıq göstərməlidir:
“Bunun üçün Azərbaycanla Avropa Parlamenti bir çox işlər görməlidir. Bizim də əsas mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq hüquq Azərbnaycanın haqlı mövqeyinə hörmət bəsləməli, Azərbaycanın suverenliyi bərpa olunmalı, qaçqın
və məcburi köçkünlər öz torpaqlarına qayıtmalı və onlara əlavə hüquqlar verilməlidir”.
Avropalı deputat bildirib ki, bu gün Azərbaycan böyük ambisiyalara malikdir ki, bunun da sayəsində beynəlxalq arenada mühüm rol oynaya bilər.
Politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, “Dağlıq Qarabaağ münaqişəsinin həlli üçün hər iki tərəf, yəni həm Azərbaycan, həm də Ermənistan üçün tövsiyyələr hazırlamalı olan ATƏT-in Minsk Qrupu yarandığı gündən ən yaxşı halda imitasiya görüntüsü yaradan bir quruma çevrilib. Mən bunu dəfələrlə vurğulamışam ki, ATƏT-in qəbul etdiyi qərarların heç bir hüquqi icra mexanizmi olmadığına görə bu qurumda qəbul edilmiş qərarların da ciddi mənası ola bilməz”.
Politoloqun sözlərinə görə, “Avropa qurumlarından fərqli olaraq Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qəraraların icrası bir çox hallarda məcburidir və bu məcburiyyət yerinə gətirilməzsə, BMT öz iradəsini gerçəkləşdirmək üçün real rıçaqlara malikdir. Buna görə də Dağlıq Qarabağ münaqişəsinin həllini ATƏT-dən BMT-yə keçirmək lazımdır. Fikrimcə, bu problemi həmsədrlərin monopoliyasından xilas edib BMT-yə transfer edə bilsək, uğurlub nəticələr özünü çox da gözlətməyəcək”.
Politoloq hesab edir ki, BMT-nin icra mexanizmi də bəllidir: sülhməramlı qüvvələr. Bundan əlavə BMT Təhlükəsizlik Şurasının xüsusi qətnamələr qəbul etmək səlahiyyəti də var ki, bu qətnamələr qeydsiz-şərtsiz şəkildə icra edilir.
Savalan
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00