Millward Brown araşdırma agentliyi dünyanın ən bahalı brendlərinin illik reytinqini təqdim edib.
 
Lent.az buro247.az-a istinadən xəbər verir ki, artıq ikinci ildir ki, Nike Brandz reytinqində ən bahalı moda brendi olur. Onun dəyəri 37,5 milyard dolları keçib. Mass-market brendləri siyahısında ikinci yerdə Zara (25,2 milyard dollar), üçüncü yerdə isə H&M (12,7 milyard dollar) şirkətləridir.
 
Lyuks seqmentdə lider dəyəri 28,5 milyard olan Louis Vuitton-dur. Onun ardınca isə Hermes (19,8 milyard), Gucci (12,6 milyard) və Chanel (10,3 milyard) gəlir. Saat və zinət əşyaları istehsalçıları arasında Rolex, Cartier və Tiffany & Co fərqlənir.
 
Brandz reytinqinə görə, dünyanın bahalı brendi 738 milyon dollarla Apple-ı geridə qoyan Google-dur ($229,19 milyard). Tarixdə ilk dəfə olaraq Coca-Cola liderlərin onluğundan çıxaraq siyahıda 13-cü yerə düşüb. McDonalds, Coca-Cola və Marlboro-nun hər il gəlir göstəricilərini artırmasına baxmayaraq, şirkətlər ildən ilə siyahıdakı mövqelərini itirirlər. Bunun şəkər və nikotinin ziyanı barədə araşdırmalarla, eləcə də insanların idman və sağlam həyat tərzi ilə kütləvi şəkildə maraqlanması ilə bağlı olduğu güman edilir.