Türkiyənin tanınmış müğənnisi Bülənt Ərsoyun vaxtilə çəkildiyi filmdə rol alan körpənin kim olduğu ortaya çıxıb. 
 
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bülent Ərsoyun cinsiyyət dəyişdirdikdən sonra çəkildiyi ilk filmi olan "Acı Ekmek"də oğlu rolunu oynayan və Ərsoyun əmizdirdiyi o körpə Serkan Eruysaldır. 
 
33 yaşlı Serkan Eruysal Rumuniyanın paytaxtı Buxarestdə yaşayır və müğənnilik edir.