Bu gün saat 4:52 radələrində  Zaqatala-dan 58 km şimal-qərbdə, Gürcüstan ərazisində 4,1 maqnitudalı zəlzələ qeydə alınıb. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinjən Unikal.org-a verilən məlumata görə, zəlzələ ocağı 3 km dərinlikdə yerləşib.
 
Zəlzələ Azərbaycanın yaxın yaşayış rayonlarında 3 bala qədər hiss olunub.