NATO ölkələrin müdafiə nazirlərinin görüşündə Rusiya aqressiyası müzakirəyə çıxarılacaq.
Unikal.org xəbər verir ki, bu barədə informasiya ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında yer alıb. Görüşdə həmçinin Əfqanıstandakı situasiya və İŞİD də müzakirə ediləcək.
Nazirlərin görüşü 13-15 iyun arasında baş tutacaq.
Qeyd edək ki, NATO-nun builki sammiti iyulda Varşavada keçiriləcək.