Tovuz rayonu Statistika İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.
Dövlət Statistika Komitəsi sədrinin müvafiq əmri ilə Niyazi Tağıyev bu vəzifəyə təyinat alıb.
O bu postda Qasım Hüseynovu əvəz edib.
Tovuzun Əlimərdanlı kəndində doğulan N.Tağıyev, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. O, yeni təyinata qədər həmin idarədə baş məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışıb. ("Report")