Hindistanın Şimali Sentinel adasında yaşayan və təxminən 300 nəfər əhalisi olan sentinel tayfası Afrikanı 60 min il əvvəl tərk edən ilk insanlar hesab olunur.
 
Bu sözlər Youtube şəbəkəsindəki "Kəşf olunan 5 qəribə ərazi" adlı videodandır. Sözügedən videoda sentinel tayfasıdan və başqa qəribə ərazilərdən söz açılır:
 
"Sentinellər onlarla əlaqə yaratmağa çalışan hər kəsi öldürürlər. Elə buna görə də indiyə qədər onlarla heç kim əlaqə yarada bilməyib. Onlar 2004-cü ildə Sunami fəlakətindən sonra Hindistandan gələn yardım helikopterini alovlu oxlarla vurublar. Bundan başqa, 2006-cı ildə sahilə yaxınlaşan iki balıqçını da öldürüblər. Bu hadisədən sonra Hindistan hökuməti onlarla əlaqə qurmaq fikrindən daşınıb".(Axar.az)
 
Digər 5 qəribə ərazi haqqında videodan məlumat ala bilərsəniz: