Dünən Yasamal rayonu Mirəli Seyidov küçəsində yerləşən İlahiyyat məscidində oğurluq hadisəsi baş verib.
 
Unikal.org xitab.az-a istinadla xəbər verir ki, hdisə günorta namazı əsnasında olub. Camaatın namaz qılmasından istifadə edən şəxs, Hacı Taleh adlı məscid əhlinin asılqandakı gödəkcəsinin cibindən dəyəri 200 Azn olan telefonu oğurlayıb.

Hadisə yerinə çağırılan polis əməkdaşları məscid görəvlilərinə nəzarətçilər qoymadıqları üçün irad bildiriblər, görəvlilər də kameraların elə nəzarət məqsədi ilə quraşdırıldığını polislərə xatirladıblar. Qeyd edək ki, bu hadisə həmin şəxsin ikinci oğurluğudur və hazırda polis əməkdaşları görüntülərdəki şəxsi axtarır.