Bakının Yasamal qəbiristanlığında yanğın baş verib.
 
Yanğın 500 kv.m sahəni əhatə edib. Hazırda yanğının söndürülməsi üçün yanğınsöndürənlər ərazidə iş aparır.
 
Yanğın təxminən saat 13:20–də baş verib. Qəbiristanlıq işçilərinin sözlərinə görə, ərazidə belə yanğınlar tez-tez olur. Çox vaxt qəbir sahibləri ərazidə ilan olmaması üçün quru otları yandırırlar. Bu isə bir çox hallarda belə hadisənin miqyasıın böyüdür. Yanğının qarşısını almaq üçün əraziyə  Fövqəladə Hallar Nazirliyinin dövlət yanğından müzafizə xidmətinin Yasamal və Səbail rayon yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb edilib. Hüquq mühafizə orqanlarının nümayəndələri də əraziyə nəzarət edir. ​