İnsanlar bitkilərlə müalicəyə çox da etibar etmirlər. Onlar güclü tibbi preparatlardan istifadə etməyə, müalicənin ən müasir metodlarına daha çox meyillidirlər. Lakin bunlar da çox vaxt ciddi fəsadlara səbəb olur.
Kanada alimləri zəncirotunun müalicəvi xüsusiyyətlərini üzə çıxarıblar. Ölkəmizdə xalq təbabətində zəncirotudan geniş şəkildə istifadə olunur. Ancaq yaxın vaxtlarda alimlər zəncirotunun kökünün xərçəngin ilk mərhələsinin müalicəsində effektli rol oynadığını tapıblar.
Zəncirotuda fol turşusu, kalsium, maqnezium, A və C vitaminləri var. Kanada alimləri məhz bu keyfiyyətlərə malik zəncirotunun kökündən hazırlanmış dərmanın xərçəng hüceyrələrini 48 saata məhv etdiyini aşkar ediblər. (Milli.Az)