Göygöldə baş vermiş yol qəzasında sürücü ölüb.
Unikal.org xəbər verir ki, hadisə Gögöl rayonunun Qırıqlı kəndində baş verib. 
Şəmkir rayon sakini, 1943-cu il təvəllüdlü Ağaməhəmməd Allahverdiyev idarə etdiyi "Lada 014" markalı avtomobili dərəyə aşırıb. Nəticədə A.Allahverdiyev hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.