Əslən Hollandiyalı 22 yaşlı Laura adlı qadın Qətərdə təcavüzə uğradığını iddia edərək polisə şikayət edib. Ancaq polis Lauranı zina etdiyinə görə həbs edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiya hökuməti 14 martdan bu vaxta kimi Lauranın azad edilməsi üçün diplomatik basqılar edir. Gənc qadının müsəlman olmağı Qətər qanunları qarşısında Hollandiyanın işini çətinləşdirir. Hollandiya mətbuatı yazır ki, Qətər hökuməti təcavüzü zina kimi qiymətləndirir. Hadisə haqqında məlumat verən Lauranın vəkili Brian Lokollo bildirib ki, hüquqlarını müdafiə etdiyi xanımın oteldə rəqs etmək üçün qalxmasından istifadə edən naməlum şəxs tərəfindən içkisinə dərman atılıb. Suriya mənşəli adam tərəfindən oteldən çıxarılan Lauraya aparıldığı yerdə təcavüz edilib. Səhər özünə gələndə yaşananların fərqinə varan gənc qadın martın 14-də Qətər polisinə şikayət edib.