ABŞ prezidenti Barak Obama Orlando ştatındakı atışma ilə bağlı bəyanatla çıxış edəcək.
Unikal.org bildirir ki, məlumatı Ağ Evə istinadən RİA Novosti yayıb.
Məlumatda bildirilir ki, prezidentin çıxışı yerli vaxtla saat 13.30-a (Bakı vaxtı ilə 22.30-red.) planlaşdırılb.
Xatırladaq ki, atışma zamanı 50 nəfər ölüb, 53 nəfər isə yaralanıb. Qırğını törədən əfqan əsilli ABŞ vətəndaşı Ömər Matin öldürülüb.