Tərtər rayonunun Cəmilli kəndində 9M22U raketinin (Qrad) mühərrik hissəsi tapılıb.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) hesabat yayıb.
Agentliyin 12 iyun tarixi üçün hesabatı:
Tərtər rayonu
Cəmilli kəndi - 1 əkin və 1 otlaq sahəsində 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 9 000 kv. m ərazi yoxlanılıb.
Şıxarx kəndi - 1 ev və həyətyanı sahə, 1 əkin sahəsində 9 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 15 000 kv. m ərazi yoxlanılıb.
Füzuli rayonu
Horadiz şəhəri - 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 4 ədəd BM-21 raketi partlamış vəziyyətdə aşkar edilib, nəticə etibarı ilə 1 880 kv. m ərazi yoxlanılıb.
Qazaxlar kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd tank əlehinə raketin (PQ-9) partlamış qalıqları aşkar edilib, nəticə etibarı ilə 510 kv. m ərazi yoxlanılıb.
Mingəçevir rayonu
Mingəçevir şəhəri - 502 Saylı Məcburi köçkün yataqxanasının həyətindəki naməlum obyektə baxış keçirilib, məlum olub ki, həmin obyekt əleyhqaz qurğusunun filtr hissəsidir. Obyekt ərazidən götürülüb, nəticə etibarı ilə 3 000 kv. m ərazi yoxlanılıb.
(Mingəçevir Rayon Polis idarəsinin və FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)
12 İyun tarixində 2 ev və həyətyanı sahə, 1 əkin sahəsi, 3 otlaq sahəsi, 19 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 29 390 kv. m ərazi təmizlənib.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 12 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 595 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 522 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.