Rusiya prezidenti Vladimir Putin Florida ştatının Orlando şəhərində baş verən terror aktı ilə əlaqədar amerikalı həmkarı Barak Obamaya başsağlığı teleqramı göndərib.
Unikal.org publika.az-a istinadən xəbər verir ki, bu haqda Kremlin rəsmi saytı bildirib.
Qeyd edək ki, bu gün Orlando şəhərində yerləşən "Pulse" gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. Bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.
Terror aktının əfqan mənşəli amerikalı Omar Matin tərəfindən törədildiyi bildirilir.