ABŞ prezidenti Barak Obama Florida ştatının Orlando şəhərində gecə klubuna edilən hücumla əlaqədar bəyanat verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Obama hücumu "terror və nifrət aktı" adlandırıb.
Obama bildirib ki, Federal Təhqiqatlar Bürösu (FTB) bu hadisəni məhz terror aktı kimi araşdırır.
Eyni zamanda prezident deyib ki, hüquq-mühafizə orqanlarına cinayətkarın dəqiq motivləri məlum deyil.
Qeyd edək ki, bu gün Orlando şəhərində yerləşən "Pulse" gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. Bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.
Terror aktının əfqan mənşəli amerikalı Omar Matin tərəfindən törədildiyi bildirilir.