Sel Tovuzda 4 kəndin rayon mərkəzi ilə əlaqəsini təmin edən körpünü uçurub.
Unikal.org Kəpəz TV-ə (Region TV) istinadən xəbər verir ki, yağıntıların həddindən çox düşməsi mənbəyini uca dağlardan götürən Tovuzçayı coşdurub.
Çaya qarışan sel suları Aşağı Quşçu, Dondar Quşçu, Əsrik və Azaflı kəndlərini rayon mərkəzi ilə birləşdirən körpünü uçurub. Nəticədə avtomobillərin, sakinlərin çayın digər tərəfinə keçməsi mümkünsüzləşib.