Füzuli Rayon İcra Hakimiyyəti (RİH) başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi Şakir Hacıyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, Ş. Hacıyev məhkəmənin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ş. Hacıyev bu il yanvarın 15-də saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, onun mənzilində silah tapılıb. Ş. Hacıyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə təqsirləndirilir.
Səbail rayon Məhkəməsinin qərarı ilə Ş, Hacıyevin barəsində həbs-qətimkan tədbiri seçilib.